APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cinayət işinin istintaqı vətəndaşların çoxsaylı müraciəti əsasında “MUR-AY” MMC Tikinti Şirkəti tərəfindən Bakı şəhərində inşa olunan 414 mənzilli binada bir mənzilin 3 və daha artıq şəxsə satılması faktı üzrə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq) maddəsi üzrə aparılır.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür. APA
Azərbaycanda tikinti şirkətinə qarşı cinayət işi başlanıb
Azərbaycanda tikinti şirkətinə qarşı cinayət işi başlanıb.




Şərhlər