Hadisə

Azərbaycanda saxta diplom satan şəxs tutulub

Şakir Allahverdiyev saxta diplomu 8000 dollara satmağa cəhd edib.

· Xəbərçi
Azərbaycanda saxta diplom satan şəxs tutulub
Abşeron rayon sakini Şakir Allahverdiyev, Aynurə Şükürovanın adına tərtib edilmiş Azərbaycan Texniki Universitetini bitirməsi barədə saxta diplomu satarkən tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şakir Allahverdiyevin 8000 dollara satmağa cəhd edib. Ş.Allahverdiyevin üzərindən həmçinin 1 ədəd yazılmamış diplom aşkar edilərək götürülüb.

Şərhlər