Azərbaycanda restorandan 64 min manat oğurlanıb
29 Noyabr 2011 Çərşənbə Axşamı 13:28
Bakıda restorandan külli miqdarda pul oğurlanıb.
Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, bir neçə gün əvvəl rayon ərazisində fəaliyyət göstərən “Clear” restoranında müdirin otağındakı seyf naməlum şəxs tərəfindən oğurlanıb. Restoran sahibi polisə verdiyi ifadəsində oğurlanan seyfin içərisində 64 min manat pul olduğunu qeyd edib.
Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açılıb. Oğurluğu törədən şəxsin, əvvəllər adıçəkilən restoranda işləmiş, Sumqayıt şəhər sakini, 28 yaşlı İntiqam Muxtar oğlu Əsgərov olduğu müəyyən edilib. Polis tərəfindən saxlanılan İ. Əsgərov törətdiyi əməli etiraf edib.
DOSTLARINLA PAYLAŞ: