Hadisə

Azərbaycanda qoca ər-arvad dəm qazından boğulub

Azərbaycanın Balakən rayonunda ər və arvad dəm qazından boğularaq ölüb.

· Xəbərçi
Azərbaycanda qoca ər-arvad dəm qazından boğulub
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumatda bildirilir ki, Balakən şəhəri Həzi Aslanov küçəsi, ev 21-də yaşayan 1933-cü il təvəllüdlü Qarayev Xalid Cavad oğlunun və onun həyat yoldaşı, 1932-ci il təvəllüdlü Qarayeva Fatma Bülhan qızının meyitləri aşkar edilib.

İlkin araşdırma zamanı məlum olub ki, ər və arvad dəm qazından boğularaq ölüb. Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər