Hadisə

Azərbaycanda qəzaya uğrayan təyyarə göldən çıxarılıb

Bu gün səhər saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində qəzaya uğrayaraq gölə düşən təyyarə göldən çıxarılıb.

· Xəbərçi
Azərbaycanda qəzaya uğrayan təyyarə göldən çıxarılıb


APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, təyyarəni Fövqəladə Hallar Nazirliyinin (FHN) əraziyə gələn vertolyotu ilə göldən çıxarmaq mümkün olub. Vertolyot təyyarəni yedəyində ərazidən uzaqlaşdırıb.

Qeyd edək ki, təyyarə qəzaya uğrayandan sonra FHN xilasediciləri gölə düşən təyyarənin ekipaj üzvlərini qayıqla quruya çıxarıblar. Təlimçi ekipaj üzvlərindən birinin Tahir Ağaquliyev olduğu bildirilib. Digər ekipaj üzvünün şəxsiyyəti isə hələlik bəlli deyil.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və nazirliyin digər yüksək rütbəli əməkdaşları da hadisə yerinə gəliblər. Mətbuat nümayəndələri gölə yaxın buraxılmır.

Bəzi məlumatlara görə, “Cessna-172” markalı təlim təyyarəsi Bakı Aviasiya Akademiyasına məxsusdur.

Şərhlər