Azərbaycanda polis serjantı kanalda batıb
23 İyun 2011 Cümə Axşamı 10:18
Mingəçevir şəhərində polis əməkdaşı xidməti iş vaxtında kanalda bataraq ölüb.
Şəhər polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə ötən gün saat 16:00 radələrində Mingəçevir ərazisindən keçən Yuxarı Qarabağ kanalında qeydə alınıb. Mingəçevir şəhər Mühafizə Polisi Şöbəsinin polis serjantı, Yevlax rayonunun Ərəş kənd sakini 1987-ci il təvəllüdlü İsrafilov Həsən Comərd oğlu mənbəyini Mingəçevir Su Anbarından götürən Yuxarı Qarabağ kanalının ətrafında mühafizə xidməti aparan zaman naməlum şəraitdə yoxa çıxıb. Həsən İsrafilova məxsus “VAZ 2106” markalı minik avtomobili kanalın kənarında tapılıb. Onun polis geyimi və mobil telefonu da maşında aşkar edilib. H. İsrafilovun çimmək üçün kanala girdiyi və suyun çox iti sürətlə axdığı həmin ərazidə üzə bilməyərək batdığı ehtimal olunur. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları hazırda kanalda polis əməkdaşının meyitini axtarırlar.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar