Saatlı sakini traktor təkərinin partlamasından ölüb. Bu barədə APA-ya Saatlı rayon polis şöbəsinin növbətçi hissəsindən məlumat daxil olub.Məlumatda bildirilir ki, Saatlı rayonunun Şirinbəy kənd sakini 1982-ci il təvəllüdlü Abuzərov İsmayıl Mühiddin oğlu yaşadığı həyətyanı sahəsində, özünə məxsus “Belarus” markalı traktorun qoşqusunun təkərinə yerdə hava vurarkən təkərin halqası çıxaraq onun başına dəyib. Nəticədə o, ağır-kəllə beyin travması alaraq xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.
Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır.
Azərbaycanda partlayan traktor təkəri faciəyə səbəb oldu
Təkərin halqası başına dəyən 29 yaşlı Saatlı sakini ölüb.




Şərhlər