Hadisə Yasamal rayonu, Naxçıvani küçəsi, ev 22, mənzil 46-da qeydə alınıb. Həmin evdə xadimə işləyən Özbəkistan Respublikasının vətəndaşı, 27 yaşlı Hacıbəyova Mühərrəm Nurəddinovna evin hamamında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. APA
Azərbaycanda Özbəkistan vətəndaşı özünü öldürüb
Azərbaycanda müvəqqəti qeydiyyatda olan Özbəkistan vətəndaşı özünü öldürüb. Bu barədə APA-ya Yasamal rayon Prokurorluğundan məlumat verilib.




Şərhlər