Hadisə

Azərbaycanda növbəti zəlzələ baş verib

4 bal gücündə olan təkanlar Zaqatalada qeydə alınıb

· Xəbərçi
Azərbaycanda növbəti zəlzələ baş verib
Zaqatala rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, təkanlar bu gecə saat 05:06-da Zaqataladan 18 km cənub-qərbdə qeydə alınıb.

Təkanlar 4 bal gücündə baş verib. Zaqatala və Balakən rayonları ərazisində 3 bala qədər hiss olunub. Tikililərdə dağıntı və insan təlafatı yoxdur.

Şərhlər