Azərbaycanda molla yas tutmaq üstündə həmkarına toy tutdu
16 Aprel 2011 Şənbə 17:16
Şəmkirdə molla mollanı bıçaqlayıb.
Azərbaycanın Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, insident bu gün saat 13.30 radələrində rayonun Qərzənli kəndindəki qəbiristanlıqda təşkil olunan dəfn mərasimində baş verib.

Belə ki, kəndin axundu Səhman Həmzəyev həmkarı Rasim adlı mollaya iki bıçaq zərbəsi vuraraq onu xəstəxanalıq edib. Yaralı rayon xəstəxanasına, şübhəli molla isə rayon polis şöbəsinə aparılıb.

Şahidlərin dediyinə görə, mollalar arasındakı mübahisə dəfn mərasimində meyiti götürmək üstündə baş verib. S.Həmzəyev Rasimə bildirib ki, meyiti yerdən özü götürməlidir. Rasimin rədd cavabından sonra tərəflər arasında mübahisə yaranıb. Nəticədə Həmzəyev bıçağa əl atıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bıçaqlanma faktını təsdiqlədilər.

Hazırda faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar