Xaldan-Mingəçevir yolunda sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var. Məlumata görə, hadisə bu gecə saat 00:15 radələrində Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində qeydə alınıb. Bakıdan Mingəçevirə gedən, Mingəçevir şəhər sakini 1956-cı il təvəllüdlü Mikayılov Qüdrət Hacımalı oğlunun idarə etdiyi “Ford Tranzit” markalı sərnişin mikroavtobusu yağışlı havada sürüşərək yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Qüdrət Mikayılov və mikroavtobusda olan sərnişinlər - 1964-cü il təvəllüdlü Quliyev Ələddin Mənsur oğlu, 1969-cu il təvəllüdlü Paşayev Asif Şaban oğlu və 1970-ci il təvəllüdlü Mehdiyeva Arzu Mürsəl qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Azərbaycanda mikroavtobus aşıb
Xəsarət alanlar var




Şərhlər