Ötən axşam Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yerləşən “Sonagöl” istirahət mərkəzində yanğın qeydə alınıb. APA-nın məlumatına görə, yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və Quba Dövlət Yanğından Mühafizə Hissəsindən 1 yanğınsöndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində istirahət mərkəzinin sauna otağı yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda istirahət mərkəzinin saunası yandı
Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.




Şərhlər