Hadisə

Azərbaycanda iş adamının evindən 100 min manat oğurlanıb

Azərbaycanda mənzildən külli miqdarda pul oğurlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

· Xəbərçi
Azərbaycanda iş adamının evindən 100 min manat oğurlanıb
Hadisə Masallı rayonunda qeydə alınıb. Rayon sakini Şəmsəddin Kərimovun evindən 90 min manat və 20 min ABŞ dolları naməlum şəraitdə oğurlanıb. Həyata keçirilən tədbirlər nəticəsində oğurluq hadisəsinin üstü açılıb. Hadisəni törədən şəxsin Ş. Kərimovun oğlu Elməddin Kərimov olduğu müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Ş. Kərimov sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Şərhlər