Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, yanvarın 6-da axşam saatlarında Zabrat qəsəbəsində Rabil Musayev adlı şəxslə onun tanışları - Rafael və Kamil Fərəcov qardaşları arasında münaqişə düşüb. Hadisə nəticəsində R. Musayev əlində olan bıçaqla hər iki şəxsi bıçaqlayıb. R. Fərəcov ölüb, K. Fərəcov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Azərbaycanda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.




Şərhlər