Hadisə

Azərbaycanda hərbi komissar həbs edilib

Azərbaycanda hərbi komissar həbs edilib. Bu barədə APA-ya Binəqədi Rayon Hərbi Komissarlığından bildirilib.

· Xəbərçi
Azərbaycanda hərbi komissar həbs edilib


Məlumata görə, hərbi komissar Feyzi Ağabəyov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar saxlanılıb. Onun tutulmasının səbəbləri barədə isə hələlik heç bir açıqlama verilmir. Hazırda Binəqədi Rayon Hərbi Komissarlığında yoxlamalar davam etdirilir.

Qeyd edək ki, F. Ağabəyovun həbs olunması barədə “Azadlıq” qəzetinin bugünkü sayında məlumat verilib.

Şərhlər