Azərbaycan Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin hərbi hissələrindən birində güclü yanğın olub. APA-nın məlumatına görə, hadisə martın 23-də Şəmkir Hərbi Birləşməsin Gədəbəy rayonunda yerləşən hərbi hissəsində qeydə alınıb. Hadisə Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində baş verdiyindən bu barədə xəbər gec yayılıb.
Məlumatda bildirilir ki, əsgərlər generatoru işə salmaq istəyərkən yanğın baş verib, nəticədə sığınacaq, odlu silah və döyüş sursatı yanıb. Yanğın zamanı, həmçinin 6 əsgər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı əsgərlər hospitala yerləşdiriliblər, vəziyyətləri stabildir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.
Azərbaycanda hərbi hissədə güclü yanğın olub
Hadisə martın 23-də olub




Şərhlər