Azərbaycanda həkim maşınla adam vurdu
05 Yanvar 2012 Cümə Axşamı 00:21
24 yaşlı kişinin meyiti xəstəxananın arxasından tapılıb.
Ötən axşam saat 21.30-da Qusar rayon Mərkəzi Xəstəxanasının arxasında kişi meyiti tapılıb. Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Məhəmməd İbrahimovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, meyitin 24 yaşlı Baləhməd Abdulla oğlu Mirzəhmədov aid olduğu müəyyən edilib. Araşdırma nəticəsində məlum olub ki, o, “Hundai” markalı avtomobillə vurulub. Baləhməd Mirzəhmədovu vuran maşın hadisə yerindən təxminən 300 metr aralıda tapılıb. Avtomobil Qusar rayon Mərkəzi Xəstəxanasının həkim-kardioloqu Elbrus Orucova məxsusdur. Hadisənin səbəbi hələlik məlum deyil. Yalnız o bəllidir ki, yol buzlu olub.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar