Şamaxı rayonunda iki uşaq anası qətlə yetirilib. Rayon prokurorluğundan APA-ya verilən məlumata görə hadisə ötən gün saat 15:00 radələrində Quşçu kəndində qeydə alınıb. Kənd sakini 1987-ci il təvəllüdlü Eyvazov Şöhrət Ağadadaş oğlu həyat yoldaşı, eləcə də bibisi qızı 1987-ci il təvəllüdlü Niyazova Gültəkin Babaqulu qızını ailə münaqişə zamanı bıçaqlayaraq öldürüb. İki uşaq anası G.Niyazovanın qısqanclıq zəmnində qətlə yetirildiyi bildirilir.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Azərbaycanda gənc ər arvadını öldürdü
Mərhum qatilin həm də bibisi qızıdır.




Şərhlər