Azərbaycanda əsgər 4-cü mərtəbədən yıxılaraq ölüb
07 Aprel 2011 Cümə Axşamı 11:16
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri dünyasını dəyişib.
APA-nın məlumatına görə, hadisə Şəmkir Sərhəd Dəstəsində qeydə alınıb. Quba Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Muxtar Qəmbərli əsgər yataqxanasının 4-cü mərtəbəsindən yıxılıb. Əsgər aldığı xəsarətdən dünyasını dəyişib.
Quba Rayon Hərbi Komissarlığından APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, əsgər bu gün doğulduğu kənddə dəfn olunacaq.
Faktla bağlı araşdırma aparılır.
DSX-nın mətbuat xidmətindən isə APA-ya bildirilib ki, hadisə barədə onlarda məlumat yoxdur, araşdırma aparıldıqdan sonra açıqlama veriləcək.
DOSTLARINLA PAYLAŞ: