Azərbaycanda daha bir ər-arvad mübahisəsi qanla nəticələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə aprelin 15-də Tovuz rayonunun Çilovdarlı kəndində baş verib.
Kənd sakini İsmayıl İsmayılov qısqanclıq zəminində arvadı Gülarəyə balta ilə baş nahiyəsindən xəsarət yetirib.
Tovuz rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılov tutulub.
Azərbaycanda ər arvadını baltaladı
Hadisə Tovuz rayonunda baş verib




Şərhlər