Hadisə

Azərbaycanda daha bir komissarlıq işçisi həbs edilib

Füzuli rayon Hərbi Komissarlığının rəisi korrupsiyada ittiham olunur.

· Xəbərçi
Azərbaycanda daha bir komissarlıq işçisi həbs edilib
Azərbaycanda daha bir komissarlıq işçisi həbs edilib. ANS PRESS-in Qarabağ bürosu xəbər verir ki, həbs edilən şəxs Füzuli rayon Hərbi Komissarlığının III şöbəsinin rəisi Mircəfər Cəfərovdur.

O, Rrespublika Hərbi Prokurorluğunda başlanmış cinayət işilə əlaqədar həbs edilib. Onun korrupsiyada ittiham olunduğu bildirilir. Füzuli rayon Hərbi Komissarlığından ANS-ə verilən məlumatda Mircəfər Cəfərovun tutulması faktı təsdiqlənib. Lakin bu barədə əlavə açıqlama verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Bakının Binəqədi və Suraxanı rayonlarının, habelə Sumqayıt və Gəncə şəhər hərbi komissarlıqlarında da korrupsiya faktları aşkar edilib. Bir neçə rayonun hərbi komissarı və komissarlıq işçiləri həbs edilib. anspress

Şərhlər