Azərbaycanda bir gündə 8 nəfər dəm qazından zəhərləndi 
    06 Fevral 2012 Bazar Ertəsi 14:31
    Zərərçəkmiş sakinlər xəstənaya yerləşdiriliblər.
    
                	 
    
         Azərbaycanda bir gündə 8 nəfər dəm qazından zəhərlənib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ötən gün Nizami (Gəncə) rayon sakini Sevgi Əhmədova, Abşeron rayon sakinləri Cavid Rəfiyev - arvadı Vüsalə və 3 azyaşlı uşaqları, Ramilə Allahverdiyeva və onun oğlu 8 yaşlı Fərid, Şəlalə İbrahimova, Ruqiyyə Salmanova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. 
DOSTLARINLA PAYLAŞ: