Hadisə

Azərbaycanda bir gündə 7 nəfər dəm qazından zəhərlənib, 1 nəfər isə ölüb

Dekabrın 2-də 8 nəfər dəm qazından zəhərlənib.

· Xəbərçi
Azərbaycanda bir gündə 7 nəfər dəm qazından zəhərlənib, 1 nəfər isə ölüb
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Şirvan sakinləri Rza Bağırov, arvadı Həqiqət və qızı Cəmilə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər, vəziyyətləri qənaətbəxşdir.

Həmçinin Sumqayıt şəhər sakini Sənan Abdullayev, Pərvin Dadaşova, Sevinc Ağayeva və Xırdalan şəhər sakini Elnarə Aslanova evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Bakı şəhəri Nizami rayonu ərazisində yaşayan Viktoriya Yevtuşenko isə dəm qazından zəhərlənərək ölüb.

Şərhlər