Hadisə

Azərbaycanda bələdiyyə sədrinin müavini özünü öldürüb

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib.

· Xəbərçi
Azərbaycanda bələdiyyə sədrinin müavini özünü öldürüb


Məlumata görə, Sumqayıt şəhəri, Köhnə Corat sakini, 1951-ci il təvəllüdlü Rəhim Səfərəli oğlu Qulaməliyev “Nəsimi” adına parkda, ağacdan özünü asıb. Onun meyiti bu gün səhər saat 08.00 radələrində aşkarlanıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, R. Qulaməliyev Corat qəsəbə Bələdiyyəsinin sədr müavinidir.

Şərhlər