Hadisə

Azərbaycanda axtarıldı, Rusiyada tutuldu

Əliyar Əfəndiyev artıq respublikaya gətirilib

· Xəbərçi
Azərbaycanda axtarıldı, Rusiyada tutuldu
Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub.

Daxili İşlər Naziliyinin məlumatına görə, tutulan Əliyar Əfəndiyev Nərimanov rayon Polis İdarəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olub.

DİN Baş Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Əfəndiyev Moskva şəhərində tutularaq respublikaya gətirilib. ANSPRESS

Şərhlər