Məlumata görə, avqustun 12-də Q. Pirimov küçəsində Fazil Vəliyeva məxsus “VAZ-2106” markalı avtomobil evinin qarşısından qaçırılıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlər - Babək Əliyev, Nağı Allahverdiyev, Əlimövsüm Səfərov və Ruslan İbrahimov Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən avqustun 14-də yaxalanıblar. Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxslər 11 oktyabr 2009-cu il tarixdə Sumqayıt şosesində Mətləb Məmmədova məxsus “VAZ-2106” markalı, bu ilin aprel ayının 29-da Biləcəri qəsəbəsində Eldəniz İbrahimova məxsus “VAZ-2107” markalı, iyulun 16-na keçən gecə Yeni Yasamalda Bəxtiyar Əliyevə məxsus “VAZ-2107” markalı, avqustun 14-də isə Biləcəri qəsəbəsi yeni yaşayış sahəsində Elbrus Kazımova məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. ANSPRESS
Azərbaycanda avtomobil oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib
Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.




Şərhlər