Azərbaycanda 82 yaşlı dəllək sünnət zamanı uşağın cinsiyyət orqanını kəsib
23 Noyabr 2011 Çərşənbə 00:42
60 ildir dəlləkliklə məşğul olan Şəmsəddin Tağıyev indiyədək 4 günlük uşaqdan tutmuş 36 yaşına qədər kişiləri sünnət edib .
Gəncədə bədbəxt hadisə baş verib. Milli.Az xəbər portalının Kəpəz TV kanalına istinadən verdiyi məlumata görə, Gəncə şəhərində ötən gün 82 yaşlı Şəmsəddin Tağıyev 4 yaşlı Nihat Rzayevi sünnət edərkən onun cinsiyyət orqanını kəsib. Bu əməl dəlləyi polislik, uşağı isə xəstəxanalıq edib.

Noyabrın 21-i saat 19:30 radələrində Gəncə şəhər 2 saylı Uşaq Birləşmiş Xəstəxanasından Kəpəz RPİ-ə 4 yaşlı Nihat Faiq oğlu Rzayevin cinsiyyət orqanın kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olub. Polisin araşdırması zamanı məlum olub ki, elə həmin gün saat 15:00 radələrində 82 yaşlı Şəmsəddin Tağıyev ev şəraitində Nihat Rzayevi sünnət edərkən onun cinsiyyət orqanının bir hissəsini kəsib.

Dəlləkliklə məşğul olan Şəmsəddin Tağıyevin qısa zamanda yeri müəyyən olunaraq polisə gətirilib. Dediyinə görə, 60 ildir bu işlə məşğul olan Şəmsəddin Tağıyev, fəaliyyəti dövründə 4 günlük uşaqdan tutmuş 36 yaşına qədər olan kişiləri sünnət edib. Saxlanılan şəxs ona qarşı yönələn ittihamları qəbul etmir. Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasının cərrahiyə şöbəsinin baş həkimi Rahət Hüseynov isə zərərçəkən Nihat Rzayevin vəziyyətini normal qiymətləndirib. Hakim xəstənin gələcəyi üçün elə də ciddi problemin olmadığını qeyd edib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 131, yəni ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərbə vurma maddəsi ilə iş açılıb, istintaq aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar