Azərbaycanda 7-ci sinif şagirdi intihar edib
10 Noyabr 2011 Cümə Axşamı 10:02
Azərbaycanda orta məktəb şagirdi özünü öldürüb. Bu barədə APA-ya Masallı Rayon Prokurorluğundan bildirilib.


Hadisə dünən rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Elvin Sərxan oğlu Qasımov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun meyiti hadisədən xeyli sonra ailəsi tərəfindən aşkarlanıb. Elvinin əsəb xəstəsi olduğu bildirilir. Məlumata görə, mərhum 7-ci sinif şagirdi imiş.

Faktla bağlı Masallı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar