Azərbaycanda 5 nəfər balıqdan zəhərlənib
    18 Noyabr 2011 Cümə 13:12
    Hadisə Sumqayıtda baş verib. Azərbaycanda 5 nəfər balıqdan zəhərlənib.
    
                	 
    
         Sumqayıtda qidadan kütləvi zəhərlənmə baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri Təzə Kotec qəsəbəsində baş verib. Qəsəbə sakinləri Rəşad Hacıyev, onun oğlu 3 yaşlı Ərşad, İlkin Ələkbərov, Şəhanə İbadova və onun bacısı Gülbanu yedikləri balıqdan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Onların vəziyyəti orta-ağırdır.
DOSTLARINLA PAYLAŞ: