Hadisə

Azərbaycanda 38 yaşlı qadın özünü güllələyib

Azərbaycanın Bərdə rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Bərdə rayon Prokurorluğundan məlumat verilib.

· Xəbərçi
Azərbaycanda 38 yaşlı qadın özünü güllələyib
Hadisə ötən gecə rayonun Yeni Əyricə kəndində qeydə alınıb. Kənd sakini, 38 yaşlı Zeynəb Mustafayeva ov tüfəngindən atəş açaraq özünü öldürüb. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Bərdə rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır. APA

Şərhlər