Azərbaycanın Gəncə şəhərində Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsində intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 21.00-da, şəhərin Gülüstan qəsəbəsində baş verib.
18 yaşlı Adil Əvəz oğlu Cəfərli özünü asaraq intihar edib. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları onu məktəbin həyətindəki turnikdən sintetik iplə asılmış vəziyyətdə tapıblar.
Orta məkyəbi ötən il bitirən A.Cəfərli ali məktəbə imtahan versə də qəbul olunmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS
Azərbaycanda 18 yaşlı məcburi köçkün özünü asdı
Onun meyiti turnikdən asılmış vəziyyətdə aşkarlanıb.




Şərhlər