Azərbaycan vətəndaşına Rusiyada 9 il iş kəsildi
01 Sentyabr 2011 Cümə Axşamı 16:24
34 yaşlı həmyerlimiz cəzasını ciddi rejimli koloniyada çəkəcək
Rusiyada Azərbaycan vətəndaşı azadlıqdan məhrum edilib. ANS PRESS-in Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Sankt-Peterburq Şəhər Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Sankt-Peterburq şəhər məhkəməsi 1977-ci il təvəllüdlü Elnur Qafarovu silah qismində istifadə olunan alətlə qanunsuz olaraq mənzilə daxil olmaq, silahlı mütəşəkkil cinayətkar qrupda iştirak etmək, soyğunçuluq, mütəşəkkil qrupla qətl törətmək və banditizmdə ittiham edərək onun 9 il 6 ay müddətə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Bundan əlavə, soydaşımız qanunsuz olaraq odlu silah saxlamaq, yandırma yolu ilə başqasının əmlakına zərər yetirmə maddələri ilə də ittiham olunub.

“İlkin araşdırmalara görə məlum olub ki, 2003-cü ilin martında Azərbaycanın Ağdam rayon sakini Murad Məmmədov vətəndaşlara hücum etmək, o cümlədən onları öldürməklə daimi və artan gəlir əldə etmək üçün etnik prinsiplərə əsaslanan dəstə yaradıb. O, Elnur Qafarovla yanaşı daha 5 həmyerlisini cinayətkar fəaliyyətdə iştiraka cəlb edib. Dəstə üzvləri 2003-2009-cu illərdə 5 qətl törədiblər. Avqustda Sankt-Peterburq prokurorunun müavini tərəfindən dəstənin 5 üzvünə qarşı cinayət işi üzrə ittiham qərarı təsdiq edilib və mahiyyəti üzrə baxılması üçün Qərb hərbi dairəsinin Dairə məhkəməsinə göndərilib”, - deyə Sankt-Peterburq Prokurorluğunun məlumatında bildirilir.

İndi həmyerlimiz 9,6 ərzində ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməli olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar