Hadisə

Azərbaycan vətəndaşı Rusiyada 2 qadını qətlə yetirib

Aqil Məmmədovun hadisəni içkili vəziyyətdə törətdiyi bildirilir

· Xəbərçi
Azərbaycan vətəndaşı Rusiyada 2 qadını qətlə yetirib
Rusiyanın Tula vilayət məhkəməsinə iki qadının qətlə yetirilməsi və onların əmlakının oğurlanmasında şübhəli bilinən 38 yaşlı Azərbaycan vətəndaşı Aqil Salam oğlu Məmmədovun ittihamı üzrə cinayət işi daxil olub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Tula vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İlkin araşdırmalar nəticəsində müəyyən olunub ki, içkili vəziyyətdə olan Məmmədov tanışını və onun evində olan rəfiqəsini qətlə yetirib. Daha sonra o, qətlə yetirilənlərə məxsus bir mobil telefon və 1 500 rublu oğurlayaraq hadisə yerini tərk edib.

Şərhlər