Azərbaycan vətəndaşı Moskva istintaq təcridxanasında vəfat edib
15 İyun 2011 Çərşənbə 10:33
44 yaşlı azərbaycanlının şəkərli diabetdən öldüyü bildirilir.
Rusiyada həbsdə olan 44 yaşlı Azərbaycan vətəndaşı Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında şəkərli diabet xəstəliyindən vəfat edib. ANS PRESS-in “Baltİnfo” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya paytaxtının hüquq-mühafizə orqanları məlumat yayıb.

Qeyd edək ki, azərbaycanlı 2009-cu ildə narkotik maddələrin alveri ilə məşğul olduğuna görə həbs edilib. Lakin onun səhhətində olan problemlər səbəbindən ciddi rejimli koloniyaya köçürülməyib.

Məlumata görə, bir neçə gün əvvəl həmvətənimiz özünü pis hiss edib və xəstəxanaya yerləşdirilib. Daha sonra isə istintaq təcridxanasının xəstəxana korpusuna göndərilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq məhbus dünyasını dəyişib.

Hazırda onun ölüm faktı ilə əlaqədar olaraq təhqiqat aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar