Hadisə

Azərbaycan təyyarəsi qəzaya uğrayıb

Azərbaycan təyyarəsi qəzaya uğrayıb. Bu barədə Ria "Novosti" agentliyi məlumat yayıb.

· Xəbərçi
Azərbaycan təyyarəsi qəzaya uğrayıb
"Azərbaycan hava yolları" aviaşirkətinə məxsus nəqliyyat təyyarəsi Əfqanıstanın Parvan əyalətində (paytaxt Kabildən şimalda) qəzaya uğrayıb. Ria "Nobosti" agentliyinin məlumatına görə, bu barədə Əfqanıstanın "Ariana" dövlət aviaşirkətinin nümayəndəsi bildirib.

Hadisə iyulun 5-də saat 22:00 radələrində qeydə alınıb. Hələlik təyyarənin düşdüyü yer müəyyənləşdirilməyib. Yerli polis və ordu hissələri onun axtarışına səfərbər edilib.

Təyyarənin heyət üzvlərinin taleyi haqda məlumat yoxdur. ANSPRESS

Şərhlər