Azərbaycan Tərtər rayonu ərazisində hərbi təlim keçirib
20 Aprel 2011 Çərşənbə 16:56
Təlimlərdə əsasən artilleriya silahlarından istifadə olunub
Azərbaycan Silahlı Qüvvələri bu gün Tərtər rayonu ərazisində hərbi təlim keçirib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, təlimlərdə əsasən artilleriya silahlarından istifadə olunub.
Qeyd edək ki, bu gün ermənilər də Tərtər rayonunun işğal altındakı ərazilərində yenidən hərbi təlimlər keçirib. Təlimlər işğal altındakı Talış kəndi ilə Azərbaycanın nəzarətində olan Çaylı və Həsənqaya kəndləri arasındakı ərazidə keçirilib. Ərazidə silah səsləri saat 09:00 radələrindən etibarən eşidilməyə başlayıb.
Təlimlərin gedişi sırasında ermənilər Azərbaycan ordusunun Çaylı kəndi ərazisindəki mövqelərini də atəşə tutub. Ağır artilleriyadan da istifadə olunan təlimlər saat 13:30-a qədər davam edib. Atəş səsləri Tərtər və Goranboy rayonlarının cəbhə xəttində yerləşən bütün yaşayış məntəqələrində də aydın eşidilib. 10 gün əvvəl də ermənilər həmin ərazidə irimiqyaslı hərbi təlimlər keçirmişdi.
DOSTLARINLA PAYLAŞ: