Nəsimi rayonu Salamzadə küçəsi, ev 53, mənzil 29-da yaşayan Xəyal Verdizadənin mənzilinə daxil olan naməlum şəxslər, evdəki seyfdən 63 min manat (təxminən 80 min dollar) və 37 min ABŞ dolları oğurlayıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərdən biri, 31 yaşlı Pərvanə Paşayeva tutulub.
Digər şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan paytaxtında evdən 120 min dollara yaxın pul oğurlanıb
Bakıda evdən külli miqdarda pul oğurlanıb. Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən bildirilib.




Şərhlər