Hadisə

Azərbaycan Ordusunun zabiti minaya düşərək ayağını itirib

Azərbaycan Ordusunun zabiti minaya düşüb.

· Xəbərçi
Azərbaycan Ordusunun zabiti minaya düşərək ayağını itirib
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin APA-ya verdiyi xəbərə görə, martın 2-də Goranboy rayonunun cəbhə xəttində yerləşən Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun leytenantı, 1988-ci il təvəllüdlü Qurban Hüseynov minaya düşüb. Nəticədə Q. Hüseynov ayağını itirib.

O, hospitala yerləşdirilib, vəziyyəti stabildir.

Şərhlər