Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
15 Dekabr 2011 Cümə Axşamı 09:55
Atəşkəs dörd istiqamətdə pozulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 14-də və 15-də növbəti dəfə atəşkəsi pozub. Erməni ordusu saat 17.00-dan 17.10-dək Ağdam rayonunun Şıxlar kəndi, saat 21.10-dan 21.25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, saat 22.10-dan 22.30-dək Tərtər rayonunun Talış kəndi, saat 16.40-dan 16.45-dək, 21.45-dən 22.10-dək, 23.10-dan 23.45-dək və dekabrın 15-də saat 02.00-dan 02.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar