Hadisə

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Düşmən cavab atəşi ilə susdurulub.

· Xəbərçi
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 8-də saat 21.40-dan 21.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı ərazilərdən və iyulun 9-da saat 01.30-dan 01.38-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. ANSPRESS

Şərhlər