Azərbaycan Ordusunun iki əsgəri qar uçqunu altında qalaraq həlak olub
18 Yanvar 2011 Çərşənbə Axşamı 13:10
Azərbaycan Ordusunun iki əsgəri qar uçqunu altında qalaraq həlak olub. Hadisə Naxçıvandakı hərbi hissədə olub.
Azərbaycan Ordusunun iki əsgəri qar uçqunu altında qalaraq həlak olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə yanvarın 15-də, Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgərləri, 2010-cu ilin oktyabrında Sumqayıt şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 20 yaşlı Elşad İsmayıl oğlu Bayramov və 2010-cu ilin yanvarında Babək rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 20 yaşlı Təbriz Vəli oğlu Həmzəyev qar uçqunu altında qalaraq ölüblər.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: