Azərbaycan Ordusunun hərbçisi şəhid olub
23 Mart 2011 Çərşənbə 19:38
Hərbçimiz Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında erməni hərbçilərinin açdığı atəş nəticəsində həlak olub
Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.
1986-cı il təvəllüdlü Samir Hidayət oğlu Ağayev Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında erməni hərbçilərinin açdığı atəş nəticəsində həlak olub.
1986-cı il təvəllüdlü Samir Ağayev müddətdən artıq xidmət keçən hərbi qulluqçu olub. O, Tovuz rayon Hərbi Komissarlığından xidmətə çağırılmışdı. Şəhid hərbçi bu gün doğulduğu Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində dəfn edilib.
DOSTLARINLA PAYLAŞ: