Azərbaycan Ordusunun daha bir əsgəri yaralanıb. Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Milli Ordunun əsgəri, 18 yaşlı Anar Zabit oğlu Cəfərov güllə yarası ilə hərbi hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib ki, əsgər A.Cəfərov xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində özünü yaralayıb. Onun vəziyyəti kafidir.
Qeyd edək ki, A.Cəfərov Kürdəmir Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri yaralanıb
Anar Cəfərov xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində özünü yaralayıb




Şərhlər