Azərbaycan Ordusunun əsgəri vəfat edib
05 Yanvar 2010 Çərşənbə Axşamı 11:30
Cəbhə xəttində yerləşən hərbi hissədə qulluq edən əsgər ürək tutmasından keçinib
Azərbaycan Ordusunun əsgəri vəfat edib. Murov dağında yerləşən N saylı hərbi hissədə qulluq edən 33 yaşlı Yaşar Nemət oğlu Cəfərov yanvarın 3-dən 4-ə keçən gecə ürək tutmasından keçinib. Bu barədə ANS PRESS-ə əsgərin qardaşı Qaradağ rayon sakini Vüqar Cəfərov məlumat verib.

Yaşar Cəfərov 2008-ci ilin oktyabr ayında Qaradağ rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. Onun cənazəsi dünən səhər əsgərlər tərəfindən evinə gətirilib. Qardaşı bildirir ki, ölüm kağızında onun ağ ciyər çatışmazlığından və ürək tutmasından keçindiyi yazılsa da, ölüm tarixi səhv olaraq dekabrın 4-ü 2008-ci il yazılıb. Ancaq o, qardaşı ilə yanvarın 3-ü telefonla danışıb və qardaşı səhhəti ilə bağlı heç bir problemi olmadığını deyib.

Qeyd edək ki, Yaşar Cəfərov Türkiyədə yaşasa da Azərbaycana gələrək könüllü olaraq hərbi xidmətə yollanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar