Azərbaycan Ordusunun əsgəri özünü güllələyib
19 Yanvar 2011 Çərşənbə 16:15
Hadisə silahla ehtiyatsızlıq davranma nəticəsində olub.
Azərbaycan Ordusunun əsgəri özünü güllələyib. Hadisə Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, Cəbrayıl rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 18 yaşlı Ramin Behbud oğlu Quliyev tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində özünü yaralayıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev faktı təsdiqləyib. O bildirib ki, hadisəyə əsgərin silahla ehtiyatsız davranması səbəb olub. Yaralı əsgərin vəziyyətinin orta ağır olduğunu qeyd edən T. Abdullayev faktla bağlı araşdırma aparıldığını bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: