Azərbaycan Ordusunun daha bir əsgəri xəstəlikdən ölüb
01 Noyabr 2011 Çərşənbə Axşamı 15:48
Azərbaycan Ordusunun əsgəri vəfat edib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Bərdədə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Milli Ordunun əsgəri, 1993-cü il təvəllüdlü Azər Akif oğlu Abbaszadə xəstəlikdən dünyasını dəyişib. Əsgər kəskin krupoz pnevmoniya və daxili orqanlara qansızmadan vəfat edib.
Qeyd edək ki, A. Abbaszadə 2011-ci ildə Biləsuvar Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Xatırladaq ki, bu, son iki gündə Azərbaycan Ordusunda xəstəlikdən 3-cü əsgər ölümüdür.
DOSTLARINLA PAYLAŞ: