Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub
15 Yanvar 2010 Cümə 14:50
19 yaşlı Elşən Şahmarov Tərtər rayonu istiqamətində həlak olub
Ermənistan Silahlı Qüvvələrinin yanvarın 14-də Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub.
Şəhid olan əsgər Lənkəran rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan, 1991-ci il təvəllüdlü Elşən İdman oğlu Şahmarovdur.
Bu barədə APA-nın cənub bürosuna Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Aşağı Nüvədi qəsəbə ərazi vahidliyi üzrə nümayəndəsi Rəşadət Mirzəyev bildirib. Şəhid bu gün doğulduğu Aşağı Nüvədi qəsəbəsində torpağa tapşırılıb. Dəfndə yerli icra strukturlarının nümayəndələri də iştirak edib.
Məlumata görə, E. Şahmarovun hərbi xidməti başa vurmasına iki ay qalıbmış. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: