Azərbaycan ordusunda ölüm hadisəsi baş verib. ANS-in Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli ordunun əsgəri Bəxtiyar İbrahimov intihar edib.
Müdafiə Nazirliyindən isə ANS-ə bildiriblər ki, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib. Əsgərin meyiti sabah Şəki rayonuna göndəriləcək və ailəsinə təhvil veriləcək. ANSPRESS
Azərbaycan ordusunda ölüm hadisəsi
Əsgər Bəxtiyar İbrahimovun meyiti sabah Şəki rayonuna göndəriləcək və ailəsinə təhvil veriləcək.




Şərhlər