Azərbaycan Ordusu atəşə tutulub
28 Aprel 2011 Cümə Axşamı 09:51
Ermənilər atəşkəsi Ağdam və Füzuli istiqamətində pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 27-də və 28-də atəşkəs rejimini yenidən pozublar. Erməni ordusu saat 19.25-dən 19.35-dək Ağdam rayonunun Qaraqaşlı kəndi, saat 17.00-dan 17.05-dək və aprelin 28-də saat 04.20-dən 04.30-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar