Hadisə

Azərbaycan Nəşriyyatında bomba həyəcanı

FHN-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə binada axtarış işləri aparıb

· Xəbərçi
Azərbaycan Nəşriyyatında bomba həyəcanı
Bakıda növbəti bomba həyəcanı yaşanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dünən Nazirliyə Yasamal rayonu ərazisində Azərbaycan Dövlət Nəşriyyatının yerləşdiyi binaya partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub. Dərhal müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər binada olan insanların təhlükəsizliyini təmin edib və Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə binada axtarış işləri aparıb.

Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.

Əməliyyat saat 22:30-da başa çatıb.

Şərhlər